Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlara qarşı əl qaldıracağam, səhradan Divlaya doğru yaşadıqları bütün yerlərdə ölkəni xaraba və sakinsiz qoyacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”». Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”». Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”». Sur dənizin ortasında torların sərildiyi bir yer olacaq, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. Sur millətlər üçün qarət malı olacaq. Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq. Onların padşahları ilə başçıları Birgə sürgünə aparılacaq” Rəbb belə deyir.
Выбор основного перевода