Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki yenə Edomlular gəlib Yəhudalıları məğlub edib əsir götürmüşdülər. Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir! Edom barədə Ordular Rəbbi belə deyir: «Teman şəhərində müdriklik qalmadımı? Ağıllı adamların nəsihəti tükəndimi? Onların müdrikliyi söndümü? Qaçın, arxaya dönün, Dərin mağaralarda gizlənin, Ey Dedanda yaşayanlar! Çünki Esavı cəzalandırdığım vaxt Başına fəlakət gətirəcəyəm. Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Gecə oğrular gəlsəydi, Yalnız istədiklərini oğurlamazdılarmı? Amma mən Esavı çıl-çılpaq soyunduracağam. Onun gizli yerlərini aşkar edəcəyəm. Özü də gizlənə bilməyəcək, Övladları, qohum-qonşuları həlak olacaq, Özü də məhv olacaq. Öz yetimlərini burax, Onları Mən yaşadaram. Dul qadınların da Mənə güvənsin». Rəbb belə deyir: «Layiq olmayanlar da cəza kasası içmək məcburiyyətində ikən sənmi cəzasız qalacaqsan? Yox, cəzasız qalmayacaqsan, mütləq bu kasadan içəcəksən». Rəbb bəyan edir: «Adım naminə and içirəm ki, Bosra xarabalığa çevriləcək, dəhşət, rüsvayçılıq, viranəlik və lənətə düçar olacaq. Bütün şəhərləri əbədi olaraq viran qalacaq. Rəbdən bir xəbər eşitdim: Millətlər arasına göndərdiyi qasid “Edoma hücum etmək üçün yığılıb Döyüşə hazırlaşın!” deyir. Bax səni millətlər arasında kiçildəcəyəm, İnsanlar sənə xor baxacaq. Ey sən qaya çatları arasında məskən salan, Təpələrin başını əldə saxlayan! Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı. Yuvanı qartal kimi yuxarılarda qursan da, Səni oradan endirəcəyəm» Rəbb belə bəyan edir. «Edom dəhşət hədəfi olacaq, Oradan keçən hər kəs Bütün yaralarından ötrü Heyrət içində ona fit çalacaq». Rəbb deyir: «Sodomla Homorranı və ətrafındakı kəndləri Necə dağıtdımsa, Orada da kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq. Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Edomluları bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edən, Mənim qabağımda duran bir çoban varmı?» Buna görə də Rəbbin Edoma qarşı fikrini, Temanda yaşayanlara qarşı məqsədini eşidin: Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə Edom otlaqları Səhraya çevriləcək. Dağılmalarının gurultusundan Yer üzü titrəyəcək. Qışqırıqlarının səsi Qırmızı dənizədək eşidiləcək. Düşmən qartal kimi qalxıb üstünə cumacaq, Bosra üzərində qanadlarını gərəcək. O gün Edom döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq. Ey Us ölkəsində yaşayan Edom xalqı, Sevin, fərəhlən! Sən də bu kasadan içəcəksən, Sərxoş olub, çılpaq qalacaqsan. Ey Sion qızı, təqsirinin cəzası sona çatdı, Rəbb səni bir daha sürgünə göndərməyəcək, Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq, Günahlarını meydana çıxaracaq. söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Seir dağı, Mən sənin əleyhinəyəm. Mən əlimi sənə qarşı uzadacaq, Səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm. Şəhərlərini viran edəcəyəm və sən xarabalığa çevriləcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm. Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim etmisən”. Buna görə də Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, qan səni izləyəcək, qan tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək. Rəbb belə deyir: “Edomluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular, Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər. Buna görə də Temana od yağdıracağam ki, Bosranın qalalarını yandırıb-yaxsın”. Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir: Biz Rəbdən xəbər eşitdik, Millətlər arasına «Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi. «Bax səni millətlər arasında kiçildəcəyəm, Hamı sənə xor baxacaq. Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin. Sən qartal kimi yuxarı uçub Yuvanı ulduzlar arasında qursan da, Səni oradan endirəcəyəm». Rəbb bəyan edir. «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir! Esavın hər şeyi talan ediləcək, Gizli xəzinələri aşkara çıxarılacaq. Səninlə əhd bağlayanların hamısı Səni ölkəndən qovacaq, Müttəfiqlərin səni aldadıb məğlub edəcək. Səninlə çörək yeyənlər sənə tələ quracaq, “Onun ağlı haradadır?” deyəcək». Rəbb bəyan edir: «O gün Edomun hikmətli adamlarını, Esav dağındakı müdrikləri məhv edəcəyəm. Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək. Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan. Yadellilər onun sərvətini aparanda Sən uzaqda durub tamaşa etdin. Əcnəbilər onun şəhər darvazalarından girib Yerusəlim üçün püşk atanda Sən də onlardan biri kimi davrandın. Sən gərək Yəhudalı soydaşlarının Bədbəxtlik günündən zövq almayaydın, Həlak olduqları gün sevinməyəydin, O əzablı gündə rişxənd etməyəydin, Xalqımın fəlakətli günündə Onların şəhər darvazalarından girməyəydin, Başlarına bəla gələn gün Onların fəlakətini sevinclə seyr etməyəydin, Başlarına bəla gələn gün Onların malına əl uzatmayaydın! Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün Yol ayrıcında dayanmayaydın, O əzablı gün qurtulanları Düşmənə təslim etməyəydin! Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək, Əməllərinin əvəzi öz başına gələcək! Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi Bütün xalqlar durmadan içəcək, İçib yox olacaq, Sanki əvvəldən yox idi. Lakin qurtuluş tapanlar Sion dağına toplanacaq, O dağ müqəddəs olacaq. Yaqub nəsli mülkünə sahib olacaq! Yaqub nəsli od, Yusif nəsli alov, Esav nəsli isə küləş olacaq, Yaqub və Yusif nəsli Esav nəslini yandırıb məhv edəcək. Esav nəslindən qurtulan olmayacaq. Çünki Rəbb belə söylədi. Negev sakinləri Esav dağını, Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini, Yəhudalılar Efrayimlə Samariya torpaqlarını, Binyaminlilər isə Gileadı zəbt edəcək. Xalahda olan İsrail sürgünləri Kənanın Sarfata qədər uzanan torpaqlarını, Sefaradda olan Yerusəlim sürgünləri Negev şəhərlərini zəbt edəcək. Xalqı qurtaranlar Sion dağına çıxıb Esav dağına hökm edəcək: Rəbb səltənət sürəcək».
Выбор основного перевода