Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Külək onu ələ salaraq əl çalacaq, Öz yerindən onun üçün vıyıldayacaq. Sevinclə çıxacaqsınız, Sülhlə müşayiət olunacaqsınız, Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək, Çöldəki bütün ağaclar əl çalacaq. Yoldan keçən bütün insanlar Qarşında əl çalırlar, Başlarını yelləyib səni fitə basırlar. Yerusəlim qızına belə deyirlər: «Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?» Buna görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə bütün Edoma qarşı qızğın qısqanclığımla danışdım. Onlar bütün ürəkləri ilə sevinib həqarət edərək ölkəmə sahib çıxdılar ki, onun otlaqlarını qarət etsinlər”. «Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər. Bu onların məğrurluğunun əvəzi olacaq, Çünki bu xalqlar Ordular Rəbbinin xalqına rişxənd edib lovğalandı.
Выбор основного перевода