Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Biz Keretlilərin cənubuna, Yəhuda torpağına və Kalevin cənubuna basqın etdik, Ziqlaqa od vurub yandırdıq». Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu: «Rəbb belə deyir: “Budur, şimaldan sular qalxır, Onlar sel kimi daşacaq, Ölkənin və oradakı hər şeyin, Şəhərin və orada yaşayanların üstünə axacaq. İnsanlar fəryad edəcək, O ölkədə yaşayanların hamısı nalə çəkəcək. Ayğırlarının yeri döyən dırnaqlarının səsindən, Döyüş arabalarının vəlvələsindən, Təkərlərinin gurultusundan Əlləri taqətdən düşdüyü üçün Atalar dönüb oğullarına baxmır. Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək. Qəzzə saçını yolacaq, Aşqelon susdurulacaq. Ey düzənliklərində sağ qalanlar, Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız? ‹Ey Rəbbin qılıncı, Nə vaxt sakitləşəcəksən? Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz. Rəbb əmr etdiyi halda Qılınc necə susa bilər? Rəbb onu oraya – Aşqelona, Dəniz sahilinə qarşı göndərdi”». Qəzzə bomboş qalacaq, Aşqelon xarabalığa dönəcək, Aşdod əhalisi günorta çağı qovulacaq, Eqron özülündən söküləcək! Dəniz sahilində yaşayanların – Keretlilərin vay halına! Ey Filiştlilərin torpağı Kənan, Rəbbin hökmü sizə qarşıdır, Rəbb hamınızı yox edəcək. Ölkədə heç bir sakin sağ qalmayacaq!
Выбор основного перевода