Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hamısı birdir, ona görə deyirəm: “O həm kamili, həm də günahkarı yox edir”. Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?” ‹Ey Rəbbin qılıncı, Nə vaxt sakitləşəcəksən? Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz. Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni cəzalandıracağam. Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd Rəbb belə deyir: “Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl və quru ağacları yandırıb-yaxacaq. Alışan alov sönməyəcək, cənubdan şimala qədər bütün üzlər odda qovrulacaq. «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd belə deyir: “Söylə ki, qılınc, qılınc İtilənib, cilalanıb. Öldürmək üçün itilənib, Şimşək kimi çaxsın deyə cilalanıb. Necə sevinə bilərik? Qılınc oğlumun əsasına Hər hansı bir əl ağacı kimi xor baxdı. Qılınc əldə tutulmaq üçün Cilalanmağa verildi. Öldürənin əlinə verilsin deyə İtilənib cilalandı. «Sən ey bəşər oğlu, Babil padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy.
Выбор основного перевода