Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Aşşurlular qılıncdan məhv olacaq, İnsan qılıncından yox. Onlar qılıncdan keçiriləcək, Amma bu insan qılıncı olmayacaq. Aşşurlular döyüş meydanından qaçacaq, Cavanları isə yaxalanıb qul olacaq. Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi. Çünki ölkənin bir ucundan o biri ucuna qədər Rəbbin qılıncı qırıb-çatır. Heç kim salamat qalmır. Ammon övladları barədə Rəbb belə deyir: «İsrailin övladları yoxmu? Onun varisi yoxmu? Elə isə nə üçün Milkom Qada sahib oldu? Niyə onun xalqı Qad şəhərlərində yaşayır? Bu səbəbdən də o günlər gəlir ki, Ammon övladlarının Rabba şəhərinə Döyüş nərələri eşitdirəcəyəm» Rəbb belə bəyan edir. «Rabba bir xarabalıq qalağı olacaq, Qəsəbələri yandırılacaq. Beləcə İsrail onu torpağından qovanları qovacaq» Rəbb belə deyir. «Ey bəşər oğlu, üzünü Ammon övladlarına tərəf çevir və onların əleyhinə peyğəmbərlik et. Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz. «Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər.
Выбор основного перевода