Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Lavan qoyunlarını qırxmağa gedəndə Rəhilə atasına məxsus olan ev bütlərini oğurladı. Yaqub üçün edilən baxıcılıq baş tutmaz, İsrail üçün edilən falçılıq alınmaz. Bax indi deyiləcək: “Yaqub və İsrail üçün Allah nələr etdi!” Mikeyanın ibadətgahı var idi. O, bir efod və ev bütləri düzəldib oğullarından birini özünə kahin təyin etdi. Ətəyin üstünə püşk atılar, Amma hökm Rəbdən gələr. Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək. Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün Yol ayrıcında dayanmayaydın, O əzablı gün qurtulanları Düşmənə təslim etməyəydin!
Выбор основного перевода