Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı. İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün yaxındadır. Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir. Buna görə də Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün onu cəzalandıracağam. Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim etmisən”.
Выбор основного перевода