Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gedin seçdiyiniz allahlara fəryad edin, qoy bu əzablı vaxtınızda onlar sizi qurtarsınlar». Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! Əlimlə yaratdığım övladlarını Aralarında görəndə Adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri gətirməklə verdiyimiz vədi mütləq yerinə yetirəcəyik” deyərək siz və arvadlarınız dilinizlə dediyinizi öz əlinizlə yerinə yetirdiniz. Eybi yox, verdiyiniz sözə əməl edin və vədlərinizi yerinə yetirin. Ey Misir torpağında yaşayan bütün Yəhuda xalqı, bu işlərə görə Rəbbin sözünü eşidin: “Mən Öz böyük adıma and içdim ki, bir daha Misir torpağında heç bir Yəhudalı şəxs ‹var olan Xudavənd Rəbbin haqqına and olsun› deyib Mənim adımı çəkməyəcək. Mənə qarşı hələ bunları da etdilər: həmin gün Müqəddəs məkanımı murdar etdilər, Şənbə günlərimə məhəl qoymadılar. Onlar bütləri üçün övladlarını kəsdikdən sonra həmin gün Müqəddəs məkanıma girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin ortasında etdilər. “Bet-Elə gedib günah işlədin! Qilqala gəlib günahlarınızı çoxaldın! Hər səhər qurbanlarınızı gətirin, Hər üç gündən bir qazancınızın onda birini verin.
Выбор основного перевода