Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb dedi: «Sənin ricana görə bağışladım, amma Varlığıma və Rəbbin bütün dünyanı dolduran izzətinə and olsun ki, izzətimi və Misirdə, eləcə də səhrada etdiyim əlamətləri görüb Məni on dəfə sınayan, Mənim sözümü dinləməyən bu adamların heç biri atalarına and içərək vəd etdiyim torpağı görməyəcək və Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək. Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu. Ancaq İsrail nəsli səhrada Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimi rədd etdilər. Əgər insan bu hökmlərə əməl edərsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də heç məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qızğınlığımı üstlərinə tökəcəyəm›. Ancaq övladlar da Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimə riayət və əməl etmədilər. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi. Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək. Onlardan bəzisi kimi bütpərəst olmayın. Onlar barədə belə yazılıb: «Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı». Onlardan bəzisi kimi cinsi əxlaqsızlıq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü. Məsihi sınamayaq: onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü. Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü.
Выбор основного перевода