Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Orada isə siz insanın əl işi olan – görməyən, eşitməyən, yeməyən, iy bilməyən ağacdan və ya daşdan olan allahlara qulluq edəcəksiniz. Ayaqyalın gəzmə, boğazın susuzluqdan qurumasın. Ancaq sən dedin: ‹Xeyr, olmaz! Çünki mən yad allahları sevdim və onların ardınca gedəcəyəm›. Dediyimiz hər şeyi mütləq edəcəyik: Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri verəcəyik. Bir zamanlar bu işi biz, atalarımız, padşahlarımız və başçılarımız Yəhuda şəhərlərində, Yerusəlim küçələrində etdik. O zaman çörəklə doyur, uğur qazanır və heç bir zərər görmürdük. Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: “Ey İsrail nəsli, siz nə deyirsiniz, nə düşünürsünüz, Mən bilirəm. Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq. Dağların başında qurban kəsirlər, Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altında Kölgələri gözəl olduğu üçün buxur yandırırlar. Buna görə də qızlarınız fahişəlik edir, Gəlinləriniz də zinakardır.
Выбор основного перевода