Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün mal-qaradan, qoyun-keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın. Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir. Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın. Qoy susub tənha otursun, Axı Rəbb boynuna boyunduruq salıb. Üzünü yerə sürtsün, Bəlkə hələ ümid var. İzin versin, qoy sifətinə vursunlar, Qoy ona doyunca böhtan atsınlar. Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz. Qəm-qüssə versə belə, Bol məhəbbətinə görə rəhmə gələr. Səndən böyük və səndən kiçik bacılarını yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə bu yox idi. Siz nə istəyirsiniz? Yanınıza dəyənəklə, yoxsa məhəbbət və həlimlik ruhu ilə gəlim?
Выбор основного перевода