Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Pislər isə sanki dalğalanan dənizdir, Bu dəniz sakit dura bilməz, Onun suları palçıq və kir çıxarar. Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir. Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. «Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir.
Выбор основного перевода