Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, Müqəddəs məkan olacaq, Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası, Yerusəlim sakinlərinə tələ və tor olacaq. Çünki ölüm pəncərələrimizə dırmaşdı, Saraylarımıza girdi ki, Küçədə uşaqları, Meydanlarda cavanları qırıb-çatsın. Sən söylə ki, Rəbb belə bəyan edir: «İnsan cəsədləri tarlada peyin kimi, Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq. Onları yığıb aparan olmayacaq». O nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər. Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.
Выбор основного перевода