Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq. Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla. Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam» Rəbb belə bəyan edir. «Hər biri gəlib öz taxtını Yerusəlim darvazalarının girişində, Onun bütün darvazalarının ətrafında Və bütün Yəhuda şəhərlərində quracaq. Rəbb bəyan edir: «Ey İsrail xalqı, Uzaqdan üstünüzə bir millət gətirəcəyəm. Dilini bilmədiyin, Dediklərini anlamadığın Güclü, qədim bir millət. Dinləyin, bir xəbər yayılır: Şimal ölkəsindən böyük gurultu gəlir ki, Yəhuda şəhərlərini xarabalığa, Çaqqal yuvasına çevirsin. Ordular Rəbbi belə deyir: “Bax millətdən millətə bəla yayılır, Dünyanın uzaq yerlərindən Böyük qasırğa qopur”. Budur, şimaldan bir ordu gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət və çoxlu padşahlar Hərəkətə gəlir. Onlar ox-kaman və nizə ilə silahlanmış, Qəddar və rəhmsizdir. Atların üstündə gələrkən Səsləri dəniz kimi gurlayır. Döyüşə hazır döyüşçülər Önündə düzüləcək, ey Babil xalqı! Babil padşahı onların xəbərini eşitdi, Əlləri yanına düşdü. Doğan qadın kimi Onu üzüntü və sancı bürüdü.
Выбор основного перевода