Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Acgöz, azğın köpəklərdir bunlar, Axmaq çobanlardır bunlar! Hər kəs öz yolu ilə gedir, Hər biri öz xeyrini güdür! Peyğəmbərlər yalandan peyğəmbərlik edir, Kahinlər onların əli ilə hökmranlıq edir. Xalqım da bunu bəyənir. Amma axırda nə edəcəksiniz?» «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir. Xalqını azdıran peyğəmbərlərə qarşı Rəbb belə deyir: «Yeməyiniz olanda Sülh bəyan edirsiniz. Sizə çörək verməyənlərə isə Dava elan edirsiniz». Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz». İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.
Выбор основного перевода