Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər. Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı. Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər. Sidqiyanın oğullarını gözü qabağında öldürdülər, özünün isə gözlərini çıxartdılar və qandallayıb Babilə apardılar. Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”. Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm. Xaldey ordusu onları təqib edib Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahı Navuxodonosorun yanına gətirdilər. O, Sidqiya barədə hökm verdi. Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir. «Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey öz çayları içində yatan Böyük əjdaha Misir padşahı firon, Mən sənin əleyhinəyəm. Sən deyirsən: ‹Nil çayı mənimdir, Onu özüm üçün yaratdım›. Sənin çənənə qarmaq keçirəcəyəm, Çaylarındakı balıqları Sənin pulcuqlarına yapışdıracağam. Pulcuqlarına yapışmış balıqlarla birgə Səni çaylarından çıxaracağam. Səni də, çaylarındakı bütün balıqları da Səhraya atacağam. Çöllərə düşəcəksən, Yığılıb basdırılmayacaqsan. Səni yem kimi vəhşi heyvanlara, Göydəki quşlara verəcəyəm. «Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin. Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm. Babil padşahının qoluna güc verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil padşahının önündə ağır yaralı kimi inildəyəcək.
Выбор основного перевода