Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yerusəlimin küçələrini dolaşın, Ətrafa baxıb fikirləşin, Onun meydanlarını axtarın. Əgər bir nəfər düz iş görən, Həqiqət axtaran adam tapsanız, Mən şəhəri bağışlayaram. Onlar “var olan Allaha and olsun” desələr də, Yalandan and içirlər». Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi? Sən onları vurdun, Ancaq ağrı hiss etmədilər. Sən onları qırdın, Ancaq ibrət götürmədilər. Üzləri qayadan bərk olub, Dönmək istəmədilər. Mən dedim: «Bunlar ancaq yoxsul, ağılsız avamlardır, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilmirlər. Qoy mən böyüklərin yanına gedib Onlarla danışım, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilirlər». Ancaq onlar da boyunduruğu sındırıb İpləri qopardılar. Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”.
Выбор основного перевода