Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu andın sözlərini eşidən zaman kimsə öz-özünə gözaydınlığı verib belə bir fikrə düşməsin: “Onsuz da salamat qalacağam, qoy kefim istəyən kimi yaşayım”. Bu fikir həm münbit torpağa, həm də quru torpağa bəla gətirər. Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi. Özlərinin Allahı Rəbbin bütün əmrlərindən üz döndərib iki tökmə dana bütü və Aşera bütü düzəltmişdilər, bütün səma cisimlərinə səcdə etmişdilər və Baala qulluq etmişdilər. Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi. İsrail padşahı Axav kimi Baal bütü üçün qurbangahlar qurdu və Aşera bütü düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi. Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”. «Yerusəlimin evləri və Yəhuda padşahlarının sarayları Tofetin ərazisi kimi murdar olacaq, çünki bütün evlərin damları üzərində səma cisimlərinə buxur yandırdılar, yad allahlara içmə təqdimləri gətirdilər». Ağlınıza gələn şey heç vaxt həyata keçməyəcək. Siz deyirdiniz: ‹Millətlər, yadelli tayfalar kimi biz də ağaca və daşa sitayiş edəcəyik›”. Onların anası zina etdi. Onlara hamilə qalan qadın rəzillik etdi, Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, Axı çörəyimi, suyumu, yunumu, kətanımı, Zeytun yağımı və içkimi verən onlardır”. Buna görə də onun yolunu qanqallarla kəsib Önünə hasar çəkəcəyəm. Öz yolunu tapa bilməyəcək. Oynaşlarının dalınca gedəcək, Ancaq onlara çatmayacaq. Onları axtaracaq, Ancaq tapmayacaq. O zaman deyəcək: “Qoy öz əvvəlki ərimin yanına qayıdım, Çünki o vaxt halım indikindən yaxşı idi”. Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri Qızıl-gümüşü çoxaldan Mənəm. Buna görə də öz vaxtında taxılımı, Öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim Yunu və kətanı əlindən alacağam. Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər.
Выбор основного перевода