Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz». sonra da onu yerinə yetirib dediyi kimi etdi. Çünki Rəbbə qarşı günah etdiniz, sözünə qulaq asmadınız, buna görə də başınıza bu iş gəldi. «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlim və bütün Yəhuda şəhərləri üzərinə gətirdiyim bəlanın hamısını gördünüz. Bu günə qədər itaətkarlıq etmədilər, qorxmadılar, qanunuma, sizə və atalarınıza verdiyim qaydalara əməl etmədilər”. Bütün İsraillilər Sənin qanununu pozub azdı, Sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın Qanununda yazılmış lənət başımıza yağdı və and yerinə yetdi, çünki Ona qarşı günah etdik. O da başımıza böyük bəla gətirərək bizə və hökm edən hakimlərimizə qarşı dediyi sözləri yerinə yetirdi, çünki Yerusəlimə gələn bəla göylər altında olan heç bir yerə gəlməyib.
Выбор основного перевода