Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm. Həmdə layiq Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam. Ətrafımı ölüm ipləri bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü. Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi. O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi. Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki hər şeyi yaradan Odur. İsrail Onun irs qəbiləsidir, Onun adı Ordular Rəbbidir.
Выбор основного перевода