Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən». Yaxşı yaşasınlar deyə gözlərim onların üzərində olacaq və onları yenə bu ölkəyə qaytaracağam. Onları dirçəldəcəyəm, yıxmayacağam, onları əkəcəyəm, çıxarmayacağam. Rəbb belə deyir: “Bu xalqın başına bütün bu böyük fəlakətləri necə gətirdimsə, söz verdiyim bütün yaxşılıqları da onlara bəxş edəcəyəm. İndi Mən onlara yaxşılıq etmək üçün deyil, pislik etmək üçün məqam gözləyirəm. Misir torpağında olan bütün Yəhudalılar yox olana qədər qılınc və aclıqdan həlak olacaq. Sən ona söylə ki, Rəbb belə deyir: “Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə.
Выбор основного перевода