Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”. “Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm. Bəli, Mən atalarınıza onları Misir torpağından çıxardığım gündən indiyə qədər ciddi xəbərdarlıq etdim. Onlara dəfələrlə xəbərdarlıq edib dedim: “Mənim sözümə qulaq asın”. Ancaq onlar qulaq asmadı, diqqət etmədi, inadkarlıqla qara ürəklərinin istədiyinə uydu. Buna görə də Mən əhddə deyilən bütün cəzaları onların başına gətirdim. Mən onlara bu əhdə əməl etməyi əmr etmişdim, onlarsa əməl etmədi».
Выбор основного перевода