Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam. Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam, çünki onlar bütün qəlbləri ilə Mənə üz tutacaq”. “Beləcə siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam”». Rəbb Öz ürəyinin istədiyini Tamamilə edənə qədər Qızğın qəzəbini söndürməyəcək. Siz gələcəkdə bunu anlayacaqsınız. Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq». «Günahlarını aradan qaldırdığım zaman Mənim onlarla bağladığım Əhd budur». Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir. «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.
Выбор основного перевода