Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Lakin, doğrudan da, Allah yerdə yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə! Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür. Sıxıntı içində gəzsəm də, Mənə həyat verirsən. Düşmənin qəzəbinə qarşı əl qaldırırsan, Məni sağ əlinlə qurtarırsan. Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə! Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür, kim tanıyır?» deyirlər. Rəbb belə deyir: «Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün harada ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq? Ölülər diyarına girsələr belə, Onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, Onları endirəcəyəm. Karmel dağının təpəsində gizlənsələr belə, Onları axtarıb oradan götürəcəyəm. Gözümdən yayınıb dənizin dibinə girsələr belə, İlana əmr edəcəyəm ki, onları sancsın.
Выбор основного перевода