Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə yer yas tutacaq, Yuxarıda göylər qaralacaq, Çünki bunu Mən demişəm, Fikrimdən daşınmayacağam, Sözümdən dönməyəcəyəm. «Buna görə səni necə bağışlaya bilərəm? Övladların Məni tərk etdi, Allah olmayan bütlərin adı ilə and içdi. Mən onları doydurdum, Amma onlar zina etdi, Fahişələrin evlərinə yığışdı. Onlar harınlaşmış, şəhvətli atlar kimidir. Hər biri qonşusunun arvadına kişnəyir». Kaş ki kimsə mənə səhrada Səyyahların sığınacağını verəydi! Mən xalqımı tərk edib Onlardan uzaqlaşardım. Çünki onların hamısı Zinakar və xain yığınıdır. Dağlar üçün ağlayıb nalə çəkəcəyəm, Çölün otlaqları üçün mərsiyə oxuyacağam. Çünki hamısı yandı, Daha kimsə oradan keçmir, Naxırın böyürtüsü eşidilmir. Quşlar və heyvanlar da qaçıb getdi. Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir. Ancaq sənin gözlərin və ürəyin Öz haram qazancında, Tökmək istədiyin günahsız qanda, Etmək istədiyin qəddarlıqda, Zorakılıqda qalıb». Lənət, yalan, qətl, oğurluq və zina Hər yerə yayılıb. Qoluzorluluq edərək Qan üstünə qan tökürlər. Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.
Выбор основного перевода