Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu xalqa yol göstərənlər onları azdırır, Onların ardınca gedənlər qırılır. Kahinlər ‹Rəbbi axtaraq› demədilər, Qanun müəllimləri Məni tanımadılar, Rəhbərlər Mənə qarşı üsyan etdilər, Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, Faydasız şeylərin dalınca getdilər”. Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır. Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur. İsrailə şəfa vermək istəyəndə Efrayimin günahları, Samariyanın pislikləri ortaya çıxır. Çünki hiylə ilə davranırlar. Evlərə oğru girir, Küçədə quldur soyğunçuluq edir. Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur. Efrayim başqa xalqlara qarışır; Efrayim bir üzü çiy qalan kökədir.
Выбор основного перевода