Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Acgöz, azğın köpəklərdir bunlar, Axmaq çobanlardır bunlar! Hər kəs öz yolu ilə gedir, Hər biri öz xeyrini güdür! Çünki xalqın çobanları ağılsız oldu, Rəbdən soruşmadılar. Buna görə də uğur qazanmadılar, Bütün sürüləri dağıldı. Ey çobanlar, ağlayıb fəryad edin, Ey sürü başçıları, torpaqda eşələnin. Çünki qətl olunma, Pərən-pərən salınma vaxtınız çatdı. Siz qiymətli bir qab kimi yıxılacaqsınız. Xalqım itmiş qoyunlar kimidir, Çobanları onları azdırdı, Dağlarda özbaşına dolandırdı, Onlar dağdan təpəyə getdi, Yatdıqları yeri unutdu. «Ey bəşər oğlu, peyğəmbərlik edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən peyğəmbərlik edən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər. Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb. Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir. Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız. Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək. Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”. Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir. “Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm. Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur. Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək. Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?” Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun. Beləcə suvaq vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm. Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də. O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür” Xudavənd Rəbb belə bəyan edir. «Ey bəşər oğlu, peyğəmbərlik et, İsrailin çobanlarına qarşı peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini bəsləyən İsrail çobanlarının vay halına! Çobanlar sürünü bəsləməli deyilmi? Yağdan yeyir, yundan paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına qalmırsınız. “Mənim qoyunlarım, otlağımın qoyunları siz insanlarsınız, Mən də sizin Allahınızam” Xudavənd Rəbb belə bəyan edir». O sürünün qoyunlarını alanlar onları kəssə də, təqsirsiz qalır. Onları satanlar isə “Rəbbə alqış olsun ki, dövlətli oldum” deyir. Çobanlar öz sürülərinə acımır. Sürünü tərk edən yaramaz çobanın vay halına! Qılınc onun qolunu və sağ gözünü vursun! Qoy onun qolu qurusun, sağ gözü kor olsun!”» Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz.
Выбор основного перевода