Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
“Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi. O ölkə üçün söylədiklərimin hamısını, Yeremyanın bütün millətlər barəsində bu kitabda yazılmış peyğəmbərlik sözlərinin hamısını oranın başına gətirəcəyəm. Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”». Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt. Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq». Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim. Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi. Cavanlığımızdan bəri Rüsvayçı bütlər Atalarımızın zəhmətini, Sürülərini və mal-qaralarını, Oğullarını və qızlarını tələf etdi. Sənin sərvətini və xəzinələrini Qarət malı kimi başqalarına havayı verəcəyəm. Bunu ölkənin hər tərəfində Sənin günahlarından ötrü edəcəyəm. Sənin mal-dövlətini, Bütün xəzinələrini, səcdəgahlarını Ölkənin hər tərəfində işlənən günahlardan ötrü Qarətə təslim edəcəyəm.
Выбор основного перевода