Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi. Dilə gəlib belə dedi: «Kaş ki mən doğulan gün yox olaydı, “Oğlun oldu!” deyilən gecə yox olaydı. O gün qara gələydi, Allah göydən o günün qayğısına qalmayaydı, O gün üçün sabah açılmayaydı. O günü zülmət, qatı qaranlıq bürüyəydi, Üzünü bulud tutaydı, Nurunu qaranlıq batıraydı. O gecəni zil qaranlıq udub yeyəydi, İlin günləri arasında fərəh tapmayaydı, Ayın günləri sırasına girməyəydi. Kaş o gecə qısır olaydı, Sevincsiz, səssiz qalaydı! Günlərə lənət oxuyanlar, Livyatanı oyatmağa mahir olanlar Qoy o günə lənət yağdırsın. Dan ulduzları sönəydi, İşığa olan ümidləri boşa çıxaydı, Sübhün nuru görünməyəydi. Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı, Gözlərimi əzabsız saxlamadı. Niyə məni doğulmağa qoydun? Kimsənin gözü məni görmədən kaş öləydim. Vay mənim halıma! Ey anam, sən məni bütün ölkə ilə Mübahisə və dava etmək üçün doğmusan! Mən heç kəsə sələm vermədim, Heç kəs də mənə sələm vermədi. Ancaq hamı məni lənətləyir.
Выбор основного перевода