Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dəhşət onu hər tərəfdən bürüyəcək, Hər addımda onu təqib edəcək. Aclıq taqətini yeyib-qurtaracaq, Yanında fəlakət hazır dayanacaq. Dərisini azar yeyəcək, Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək. Əmin-amanlıq çadırından atılacaq, Dəhşətlər padşahının yanına aparılacaq. Çadırında ona aid heç nə olmayacaq, Yurduna kükürd yağacaq. Aşağıda rişələri quruyacaq, Yuxarıda budaqları solacaq. Onun adı yer üzündə unudulacaq, Məhəllə-küçələrdə adı yaddan çıxacaq. İşıqdan zülmətə aparılacaq, Dünyadan qovulacaq. Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq, Məskənində bir kimsəsi qalmayacaq. Qərbdəkilər halına heyrətlənəcək, Şərqdəkilər onu görüb dəhşətə gələcək. Bəli, pislərin həyatının aqibəti budur, Allahı tanımayanların məskəni budur». Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var. İsrailin Allahı Rəbb belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan Babil padşahı və Xaldeylilərlə müharibədə istifadə etdiyiniz silahları özünüzə qarşı çevirəcəyəm. Silahlarınızı bu şəhərin ortasına toplayacağam. Mən sizə qarşı əl qaldıracağam, güclü qolumla, qızğınlıq, qəzəb və böyük hiddətlə sizinlə vuruşacağam. Bu şəhərdə yaşayan insanı da, heyvanı da məhv edəcəyəm. Onlar şiddətli vəbadan öləcək”. Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”. Bu xalqa söylə ki, Rəbb belə deyir: “Budur, həyat yolunu və ölüm yolunu önünüzə qoyuram. Bu şəhərdə qalan qılınc, aclıq və vəbadan öləcək. Lakin kim bayıra çıxıb sizi mühasirəyə alan Xaldeylilərə təslim olsa, sağ qalacaq, heç olmasa öz canını qurtaracaq. Ona görə ki bu şəhərə yaxşılıq deyil, pislik etməyə niyyət etdim” Rəbb belə bəyan edir. “Bura Babil padşahına təslim ediləcək, o da buranı yandırıb yox edəcək”. Mənim adımla sizə yalandan peyğəmbərlik edən Qolaya oğlu Axav və Maaseya oğlu Sidqiya barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən onları Babil padşahı Navuxodonosora təslim edəcəyəm və o, gözlərinizin önündə onları öldürəcək. Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.
Выбор основного перевода