Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sən onları sovurduqda külək aparacaq, Qasırğa onları dağıdacaq, Sənsə Rəbdə sevinəcəksən, İsrailin Müqəddəsi ilə öyünəcəksən. Peyğəmbərlər boşboğazdır. Allahın sözü onlarda deyil, Qoy onların başına bu iş gəlsin». Buna görə də onların övladlarını Aclığa ver, qılınc ağzına təslim et. Qadınları uşaqsız və dul qalsın, Ərlərini ölüm aparsın. Cavanlarını müharibədə qılınc öldürsün. Babilə taxılsovuranlar göndərəcəyəm, Onu sovurub ölkəsini boş qoyacaqlar, Qara gündə hər yandan ona hücum edəcəklər. “Mən bütün şəhərlərinizdə ağzınızı boş qoydum. Hər yerdə sizə çörək qıtlığı verdim. Lakin yenə Mənim tərəfimə dönmədiniz” Rəbb belə bəyan edir. İki-üç şəhər su içmək üçün bir şəhərə getdi, doyunca su içmədi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir. “Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir. “Misirdə olduğu kimi aranıza vəba göndərdim. Cavanlarınızı qılıncla öldürtdüm. Atlarınızı sürüb apartdırdım. Ordunuzdan meyit iyini burnunuza çatdırdım. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir. “Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir. Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».
Выбор основного перевода