Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şimşon Rəbbə fəryad edib dedi: «Ey Xudavənd Rəbb, yalvarıram, məni yada sal. Yalvarıram, ay Allah, mənə ancaq bu dəfəlik qüvvət ver ki, bu Filiştlilərdən iki gözüm üçün bir zərbə ilə qisas alım». Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının hüzurunda Yer lərzəyə gəldi, göydən yağış töküldü. Ey Allah, yaxşıca yağışlar yağdırdın, Solan torpaqlarını canlandırdın. Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə Məzlumlar üçün oranı Sən hazırladın. Məni isə, ya Rəbb, Sən tanıyırsan, Görürsən və sınayırsan. Ürəyim Səninlədir. Onları qurbanlıq qoyun kimi ayır, Qırğın günü üçün hazırla. Qoy məni təqib edənlər utansın, Mənsə utanmayım. Qoy onlar qorxuya düşsün, Mən isə qorxmayım. Qara günü onların başına gətir, Tamamilə qırılana qədər onları qır. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, Qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün Böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, Heç vaxt unudulmayacaq.
Выбор основного перевода