Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Musa Allahı Rəbbə yalvarıb dedi: «Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onları Misirdən böyük qüvvətinlə və qüdrətli əlinlə qurtarmadınmı? Axı nə üçün Misirlilər “Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı” desinlər? Yalvarıram, qəzəbini yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön. Şamuel bir əmlik quzu götürərək onu bütövlüklə Rəbbə yandırma qurbanı verdi və o, İsrail üçün Rəbbə yalvardı. Rəbb Şamuelə cavab verdi. Mənə gəlincə, sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun. Mən sizə xeyirli və düz yolu öyrədəcəyəm. Rəbb bütün İsrail nəslindən üz döndərərək onları alçaldıb soyğunçulara təslim etdi və nəhayət, onları hüzurundan kənara atdı. Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin! Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi. Efrayim nəslindən olan soydaşlarınızı necə rədd etdimsə, sizi də eləcə önümdən rədd edəcəyəm. Çadırım yıxıldı, Bütün iplərim qopdu. Uşaqlarım məni tərk etdi, Onlar artıq yoxdur. Çadırımı quran, pərdələrimi asan qalmadı. Buna görə Rəbb belə deyir: «Əgər sən tövbə etsən, Səni yenə qəbul edib xidmətimə təyin edərəm. Əgər cəfəngiyat danışmaq əvəzinə Qiymətli sözlər söyləsən, O zaman Mənim dilimlə danışacaqsan. Onlar özləri sənə tərəf dönəcək, Amma sən onlara tərəf qayıtmayacaqsan. “Əgər Nuh, Daniel və Əyyub – bu üç adam orada olsa belə, salehlikləri ilə ancaq öz canlarını qurtarar” Xudavənd Rəbb belə bəyan edir. Nuh, Daniel və Əyyub orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri ilə yalnız öz canlarını qurtarar”.
Выбор основного перевода