Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun. Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm. İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam. Bəs nə üçün Mən gələndə heç kim olmadı? Axı niyə Mən çağıranda cavab verən olmadı? Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın? Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, Çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür. Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin. Əzəldən bəri heç vaxt Hakimlik etmədiyin xalqa bənzədik, Sanki Sənin adına bağlı xalq olmamışıq. Baxın uzaq ölkədən Əziz xalqımın fəryadını eşidirəm: «Məgər Rəbb Sionda yoxdur? Onun padşahı orada deyilmi? Onlar nə üçün oyma bütləri, Yad olan puç şeyləri ilə Məni qəzəbləndirirlər? Sözlərini tapıb yedim, Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, Ey Ordular Allahı Rəbb! Ey Allahım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və Sənə məxsus olan şəhəri gör. Çünki öz salehliyimizə görə deyil, Sənin böyük mərhəmətinə görə yalvarışlarımızı Sənin önündə təqdim edirik.
Выбор основного перевода