Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bunları eşitmişik, bilirik, Bizə atalarımız nəql edib. Bu xalqa yol göstərənlər onları azdırır, Onların ardınca gedənlər qırılır. Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları qorxudub qaçıran olmayacaq. Rəbb bəyan edir: «O vaxt Yəhuda padşahlarının və başçılarının, kahinlərinin, peyğəmbərlərin və Yerusəlimdə yaşayanların sümüklərini qəbirlərindən çıxarıb atacaqlar. Onların sümükləri sevdikləri, qulluq etdikləri, tərəfdarı olduqları, müraciət və səcdə etdikləri günəşin, ayın və bütün səma cisimlərinin önünə töküləcək. Onlar bir yerə yığılıb basdırılmayacaq, torpağın üstündə peyin kimi olacaq. Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın. Kuşlu öz dərisini, Bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış Siz də yaxşılıq edə bilməzsiniz. «Bundan ötrü səni çöl küləyi ilə Sovrulan saman çöpü kimi səpələyəcəyəm. Sənə düşən püşk, Mənim sənə ayırdığım pay budur» Rəbb belə bəyan edir. «Çünki Məni unutdun, Yalana güvəndin. “Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”.
Выбор основного перевода