Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey İsrailin Allahı Rəbb, Sən adilsən! Bugünkü kimi biz kiçik bir dəstə halında sağ qalmışıq. Budur, Sənin qarşında günah içindəyik və buna görə heç birimiz Sənin qarşında dayana bilmirik». Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! Biz xəcalətimiz içində yatırıq, Rüsvayçılıq bizim yorğanımızdır, Çünki cavanlığımızdan indiyədək Biz və atalarımız Allahımız Rəbbə qarşı günah etdik, Allahımız Rəbbin sözünə qulaq asmadıq”». «Nə üçün yerimizdə oturmuşuq? Yığılın, gedib qalalı şəhərlərə girək, Orada həlak olaq, Çünki Allahımız Rəbb Bizi ölümə təslim etdi, Bizə zəhərli su içirdi, Ona görə ki Rəbbə qarşı günah etdik. Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik.
Выбор основного перевода