Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Kahinlər ‹Rəbbi axtaraq› demədilər, Qanun müəllimləri Məni tanımadılar, Rəhbərlər Mənə qarşı üsyan etdilər, Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, Faydasız şeylərin dalınca getdilər”. Qoy mən böyüklərin yanına gedib Onlarla danışım, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilirlər». Ancaq onlar da boyunduruğu sındırıb İpləri qopardılar. Peyğəmbərlər yalandan peyğəmbərlik edir, Kahinlər onların əli ilə hökmranlıq edir. Xalqım da bunu bəyənir. Amma axırda nə edəcəksiniz?» «Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur. Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var. Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək.
Выбор основного перевода