Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. Sela Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər. Həyatverici məzəmmətə qulaq asan Hikmətlilərin içərisində yaşar. Tərbiyəni rədd edən öz canına xor baxar, Məzəmmətə qulaq asan anlayış qazanar. Aşkar irad gizli məhəbbətdən üstündür. Dostun vurduğu yara onun sədaqətinə görədir, Amma düşmən öpdükcə öpər. Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır.
Выбор основного перевода