Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər. Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar. Səma altında mənə çox təsir edən bu hikməti də gördüm: içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü. Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı. O zaman mən dedim: “Hikmət qüdrətdən yaxşıdır, Lakin yoxsul adamın hikmətinə xor baxırlar, Onun sözləri eşidilmir”. Hikmətli adamın pıçıltı ilə dediyi sözlər Ağılsızların içindəki başçının qışqırtısından yüksəkdir. Hikmət döyüş silahından üstündür, Amma bir günahkar hər cür yaxşılığı bərbad edər.
Выбор основного перевода