Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Pislər nə üçün yaşayır? Yaşlandıqca niyə gücləri artır? Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın. Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin. Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun. Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün. Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın. Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin. Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun. Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin. Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin! Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır. Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir. Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək? Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm. Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur. Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur.
Выбор основного перевода