Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”». Bir müddət təkə özünü çox yüksəltdi, ancaq qüvvətlənəndə böyük buynuzu qırıldı. Onun əvəzinə göylərin dörd səmtinə doğru yönəlmiş gözə çarpan dörd buynuz çıxdı. Qırılan buynuzun yerinə çıxan dörd buynuz o millətdən çıxacaq dörd padşahlığı təmsil edir. Ancaq onlar birinci padşah qədər güclü olmayacaq. «Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb, «Çünki sizi göydə dörd tərəfə əsən Külək kimi dağıtmışdım» deyir Rəbb. Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin.
Выбор основного перевода