Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır. Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq. «Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir. «Hər kəs dostundan çəkinsin, Heç qardaşına da etibar etməsin. Çünki hər qardaş başqasına badalaq gəlir, Hər dost böhtançıdır. Hər kəs öz dostunu aldadır, Doğru söyləmir. Onlar dillərini yalan danışmağa öyrətdi, Yorulana qədər günah işlətdi. Ağıllı adamlardan bəzisi həlak olacaq ki, qalanları axır zamana qədər paklanıb təmizlənsin və ləkəsiz olsun. Çünki axır zaman yenə də müəyyən vaxtda olacaq. Axır zamanda isə cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə qasırğa kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək. Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.
Выбор основного перевода