Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Bu padşahların hər ikisinin ürəyində pislik olacaq və bir süfrə arxasında yalan danışacaqlar. Ancaq heç bir şey baş tutmayacaq, çünki onların sonu müəyyən vaxtda olacaq. Axır zamanda isə cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə qasırğa kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək. Çoxları paklanıb ləkəsiz və təmiz olacaq, pis adamlar isə şər işlərindən dönməyəcək. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək, ağıllı adamlar isə başa düşəcək. «Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək. Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək. belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir. Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
Выбор основного перевода