Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək, Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!» Nil kimi qalxan, Suları sel kimi çalxalanan kimdir? Nil kimi qalxan, Suları sel kimi çalxalanan Misirdir. O deyir: “Qalxıb yer üzünü basacağam. Şəhərləri və orada yaşayanları həlak edəcəyəm”. Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib. Lakin o qadının nəslindən biri cənub padşahının yerinə keçəcək. O, şimal padşahının ordusuna hücum edib onun qalasına girəcək. Onlarla vuruşub üstün gələcək. Sel kimi istilaçı qoşunlar onun önündən silinib-süpürüləcək, onlar da, əhdin başçısı da məhv olacaq. Axır zamanda isə cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə qasırğa kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək.
Выбор основного перевода