Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Аввакум
1 2 3
Параллельные места
Atanın xeyir-duası Atalarımın xeyir-duasından daha ucadır; Əbədi qalan təpələrin Zirvəsinə çatar. Qoy xeyir-dualarım Yusifin – qardaşlar arasında Başçı olanın üstündə olsun. İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı. Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla Rəbbə baxan nur saçar, Üzü qızarmaz. Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin! İndidən sonsuzadək Rəbbin isminə alqış olsun! Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir! Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir! Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, Göyə, yerə əyilərək baxan Odur. Qalx, qalx, güclən, ey Rəbbin qolu! Qədim zamanlardakı kimi Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi! Sən Rahavı parça-parça etmədinmi? Sən əjdahanın bədənini deşmədinmi? Dağlar yerini dəyişsə də, Təpələr sarsılsa da, Sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz». Bunu sənə rəhm edən Rəbb deyir. Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq. Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir».
Аввакум
1 2 3
Выбор основного перевода