Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Аввакум
1 2 3
Параллельные места
Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: «Dayan, ey günəş, Giveon üzərində, Ey ay, Ayyalon dərəsində». İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı. Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu. Oxlar atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı. Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar. Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir. Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
Аввакум
1 2 3
Выбор основного перевода