Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Аввакум
1 2 3
Параллельные места
Məni öldürsə də, Ona etibar edəcəyəm, Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam. Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib. Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi. Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib. Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər. Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin. Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır. Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!» Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü. «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır,
Аввакум
1 2 3
Выбор основного перевода