Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar». o vaxt Sən göydə – Öz məskənində eşit, bağışla və bir əlac et. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki hər insanın ürəyini yalnız Sən bilirsən. Qoy sizin ürəyiniz bütünlüklə Allahımız Rəbbə sadiq olsun ki, bu gün olduğu kimi Onun qanunları ilə gedəsiniz və Onun əmrlərinə əməl edəsiniz». Bilirəm ki, ey Allahım, Sən ürəyi sınayırsan və düzlüyü sevirsən. Mən bütün bu şeyləri ürəyimin düzlüyü ilə könüllü olaraq təqdim etdim, indi də burada olan xalqının Sənə könüllü nəzir verdiyini sevinclə gördüm. Ya Rəbb, atalarımız İbrahimin, İshaqın və İsrailin Allahı! Xalqının ürəyindəki istəklərində bunu əbədi olaraq qoruyub saxla və onların ürəyini Özünə tərəf yönəlt. Oğlum Süleymana sadiq bir ürək ver ki, Sənin əmrlərinə, göstərişlərinə və qanunlarına əməl etsin, bütün bu işləri görsün, tikintisinə hazırlıq gördüyüm bu binanı tiksin». O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər. Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir. Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət, ədalət və salehlik yaratdığını Dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram» Rəbb belə bəyan edir. Ancaq, ey Ordular Rəbbi, Ürəkləri və fikirləri sınayan ədalətli Hakim, Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm! Çünki mən öz işimi Sənə tapşırdım. «Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki, Hər kəsə əməllərinə görə, İşlərinin bəhrəsinə görə əvəz verim». Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, Fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın Qisası görsün! Çünki işimi Sənə tapşırdım. Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız. Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm.
Выбор основного перевода