Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1. Паралипоменон
Параллельные места
O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır». Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır». Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir». Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı. Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən. Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm. O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”. Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin! Xudavənd Sion qızına qəzəblənərkən Onu hər tərəfdən qara bulud aldı. İsrailin əzəmətini göydən yerə tulladı, Qəzəbləndiyi gün kətilini xatirindən çıxardı. Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli üçün bir məskən qura bilsin.
Выбор основного перевода